Aze | Rus

"ƏMLAKÇI-ZMH"

12.06.2009

"ƏMLAKÇI-ZMH"

 

     2006-cı ilin may ayında “Gəmi Qaya – ZMH” (2009-cu ilin may ayından “Əmlakçı –ZMH”) firması Daşınmaz Əmlak Bazarında ilk addımlarını atmışdır. Əməkdaşlarımızın tükənməz enerjisi və böyük əməyi nəticəsində müəssisəmiz, cəmi iki il ərzində, 5 filiala, təmir – tikinti şöbəsinə, mebel istehsalına sahib olan və Daşınmaz Əmlak  Bazarında aparıcı mövqeyə malik bir firmaya çevrildi. Bütün bunlara səbəb qarşıya qoyulmuş iş prinsipini göstərmək olar:

1.Firmaya müraciət etmiş vətəndaşın arzu və istəkləri Bizim üçün qanundur.

2.Bizim məqsədimiz tərəf müqabilimizi yalnış addimlardan qorumaq,düzgün qərar qəbul etməkdə onlara yardımçı olmaq.

3.Dəyişən bazarın tələblərinə cavab verməyə daim hazır olmaq.

4.İşgüzar və savadlı əməkdaşlardan ibarət Kollektiv  yaratmaq.

5.İşdə  qabaqcıl  texnologiyadan və  müasir  texnikadan maksimum istifadə etməklə   daim yenilənmə.       

        Sadalanan prinsiplərin nəticəsi kimi, lazımlı işlərdən biri də vahid məlumat bazasının yaradılması olmuşdur. Bu məlumat bazasını işlədən proqram təminatı (MAİS) bizim əməkdaşımız tərəfindən, daşınmaz əmlak bazarının tələb və qaydalarını öyrənməyin sayəsində yaradılmışdır. İndiki vəziyyətdə MAİS  5 Filialla daimi məlumat mübadiləsi rejimində işləyərək məlumatların ümumi sayını gündə orta hesabla 100 ədəd artırır. Bu məlumatlar toplusu Daşınmaz Əmlak Bazarında daim dəyişən qiymətləri izləməyə və bazarın monitorinqini aparmağa imkan verir.

Əmlakçı - ZMH © 2008 www.zmh.az Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et | Email Hesabı Site by AzICo.